09 
Avq
2021
10:48
1014

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 2236 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb. 

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 450 149 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3146 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 403762 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 34 nəfər ölüb və ölənlərin ümumi sayı 6128 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər