Gürcüstanda zəlzələ baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə Yer Elmləri İnstitutunun - Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ bu gün, Tbilisi vaxtı ilə saat 06: 59 -da qeydə alınıb.
Zəlzələnin episentri Dmanisinin Sameba kəndi yaxınlığında olub. Zəlzələ 3 bal gücündə olub.
