07 
Avq
2021
14:13
1014

Marneulidə VMH partiyasının bir hissəsi seçkilərdə iştirak etməyəcək - Tərəflər açıqlama verdi - VİDEO

Marneulinin Vahid Milli Hərəkatın partiyasının  rayon şöbəsinin sədri Aqil Mustafayev tərəfdarları ilə brifinq keçirib.  Brifinqdə Mustafaev, Marneuli VMH üzvlərinin bir hissəsinin seçkilərə qatılmayacağını söyləyib.

InterPress.ge Mustafayevin açıqlamasını təqdim edir:

"Qərar vermək bizim üçün olduqca çətin idi. Biz, Vahid Milli Hərəkatın Marneulidəki nümayəndələri, bu seçkidə iştirak etməyəcəyik. Səbəb, son vaxtlar partiyanın rayon ofisinin rəhbərliyi tərəfindən dəfələrlə səhvlərə yol verilməsidir.  Bizimlə razılaşmadan bir neçə qərar verildi, amma qeyd etmək istərdim ki, burada olan heç birimiz partiyanı tərk etmirik, Mixail Saakaşvili bizim siyasi liderimiz idi və olacaq və biz onun cavabını gözləyirik".

Qeyd etmək lazımdır ki, Laşa və Qivi Kveladze, Davit Kimadze və s. bir neçə üzv Vahid Milli Hərəkatın bugünkü mətbuat konfransında iştirak etmədi.

VMH-ın  Marneuli icraçı katibi Laşa Kveladze, InterPress.ge-yə açıqlamasında bu seçkidə iştirak etməyin həyati əhəmiyyət daşıdığını söyləyib. Onun sözlərinə görə, Marneulidəki Milli Hərəkatın bütün dairələrdə namizədi olacaq.

“Rayon təşkilatının bəzi üzvləri bu seçkiyə qatılmağın mənasız olduğunu düşündü və bu səbəbdən prosesdən çəkildi  və biz, digər hissəsi, bu seçkilərə qatılmağın həyati əhəmiyyət kəsb etdiyini düşünürük, çünki Gürcü Arzusu səs toplaya bilməməli və gürcü xalqı növbədənkənar parlament seçkiləri keçirməlidir.

Bütün majoritar seçki dairələrində namizədlərimiz olacaq və şəhər bələdiyyə meri namizədimiz də olacaq. Partiya daxilində fikir ayrılıqları həmişə olub, amma bu, ayrılmalı olduğumuz anlamına gəlmir, bir partiyanın üzvü və dostu olaraq qalırıq”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər