Tələbələrin nəzərinə! SOCAR müraciət edir
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi SOCAR Georgia tələbələrə təhsil haqqının ödənilməsi ilə bağlı məlumat yayır.
InterPress.ge xəbər verir ki, məlumatda bildirilir:
'2020-2021-ci tədris ilinin 2-ci semestrin nəticələri üzrə tələbələrə aid akademik məlumatların hazırlanaraq SOCAR-ın Gürcüstan Nümayəndəliyinə təqdim edilməsi üçün artıq ali təhsil müəssisələrinə tərəfimizdən rəsmi müraciət məktubu ünvanlanıb.
Əziz tələbələr,
Nəzərinizə çatdırmaq istəyirik ki, müraciətə uyğun olaraq dövlət ali təhsil müəssisələri son tarix olaraq 31 avqust 2021-ci il tarixinə qədər tələbələrə aid məlumatları razılaşdırılmış cədvəl formasında SOCAR-ın baş ofisinə “email” ünvanımıza göndərməlidirlər.
Eyni zamanda bildirmək istəyirik ki, ancaq yuxarıda göstərilən tarixə qədər göndərilən məlumatlar nəzərə alınacaqdır. Xahiş edirik, sənədlərinizin gecikmə olmadan vaxtında tərtib olunub göndərilməsinə yardımçı olasınız.
Gecikmə hallarının 2-ci semestrdə də təkrarlanmaması üçün tələbələrdən xahiş olunur ki, məlumatların hazırlanması prosesində təhsil aldıqları ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edərək məlumatların düzgün tərtib edilməsinə nəzarət etsinlər.
Proseslə bağlı bütün suallarınızı [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur".


