Ovçuların nəzərinə - Nazirlik bəyanat yayır
Ov mövsümü 28 avqustda açılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilir ki, köçəri quşları ovlamaq istəyənlər aşağıdakıları etməlidirlər:
"Ovçuluqdan əvvəl, Gürcüstanın Təbii Sərvətlərdən İstifadə haqqı Qanunu ilə nəzərdə tutulmuş köçəri quşların ovlanması üçün 10 lari məbləğində ödəniş etməlidir;
Ödənildikdən sonra yeddi gün ərzində (ödəniş günü daxil olmaqla) ov etdikdə, bu rüsumun ödənildiyini təsdiq edən sənəd şəxsin üzərində kağız və ya elektron formada olmaldır;
Ov edərkən, Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq orqanı tərəfindən verilən ov tüfəngini saxlamaq və gəzdirmək hüququnu təsdiq edən sənədə sahib olmaldır;
Rüsumu Gürcüstanın istənilən bankında ödəyə bilərsiniz, Alıcı Bank: Dövlət Xəzinədarlığı, Bank Kodu: 220 101 222, Hesab Nömrəsi: №200122900, Büdcə Gəlirlərinin Növünü Müəyyən edən Xəzinə Kodu: 3033;
Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları bütün Gürcüstan ərazisində ov mövsümü ərzində qanunsuz ovçuluq və ov qaydalarının pozulması ilə bağlı 24 saat gücləndirilmiş nəzarət həyata keçirəcəklər", - məlumatda deyilir.


