Gürcüstanın bu ölkədəki səfirliyi vətəndaşlara xəbərdarlıq edir
Gürcüstanın Yunanıstandakı Səfirliyi Gürcüstan vətəndaşlarına meşə yanğınları barədə xəbərdarlıq edir.
InterPress.ge xəbər verir ki, bu barədə səfirliyin rəsmi facebook səhifəsində qeyd olunub.
Bildirilir ki, səfirliyin 6995779793 qaynar xətti fasiləsiz işləyir.
"Əziz həmvətənlər!
Yunanıstanda yanğınlar baş verir. Buna görədə Mülki Müdafiə Nazirliyinin çağırışlarını diqqətlə nəzərdən keçirməyə çağırırıq:
Yanğına səbəb ola biləcək bütün fəaliyyətlərdən çəkinin. Meşə sahəsinə girmək qadağandır. Bölgənizdə tüstü və ya yanğın hiss edirsinizsə, dərhal yanğınsöndürmə ilə əlaqə saxlayın: 199.
Bir daha xatırlatmaq istərdik ki, səfirliyin 6995779793 qaynar xəttinin fasiləsiz işləməsi ilə yanaşı, aşağıdakı telefon nömrələrini də nəzərinizə çatdırırıq: Yunanıstan Polisi - 100, Təcili tibbi yardım - 166", - səfirliyin yaydığı məlumatda qeyd olunur.
Məlumat üçün bildirək ki, Yunanıstanda 100 -dən çox meşə yanğını baş verib. Ölkədə hava istiliyi 45 dərəcəyə çatıb. Səlahiyyətlilər, 1987 -ci ildən bəri ölkədə buna bənzər bir istilik dalğasının olmadığını bildirirlər.


