Məhkumlarla bağlı yenilik
Məhkumların ixtisaslarının yüksəldilməsi və işləmələri üçün üçtərəfli memorandum imzalanıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyi məlumat yayıb.
Müqavilə məhkumların işləmələrinə təşviq proqramlarına, forumlara və təhsil layihələrinə cəlb edilmələrini nəzərdə tutur.
Məlumata görə, yenilik məhkumlara karyeralarını düzgün planlaşdırmağa və əsas tələb olunan peşələri mənimsəməyə imkan verəcək.
Əməkdaşlıq Memorandumu, Ədliyyə Nazirinin müavini, Cinayətkarlığın qarşısının alınması, Həbslə Bağlı Olmayan Cəzaların İcrası və Milli Probasiya Agentliyinin rəhbəri vəzifəsini icra edən Buba Lomuaşvili, Məhkumların Peşə Təhsili və Yenidən Hazırlanması Mərkəzinin direktoru vəzifəsini icra edən Qiqa Mirianaşvili və İşlə Təmin Etmə Təşviqi Dövlət Agentliyinin direktoru Nino Veltauri tərəfindən imzalanıb.


