Mərkəz rəhbəri məhdudiyyətlərin necə olacağını açıqladı
"Bir həftə bizim üçün tövsiyələrin yerinə yetirilməsinə əsaslanaraq vəziyyətin bir qədər yaxşılaşmalı olduğu bir dövr olacaq, böyük yığıncaqlar keçirilməməlidir, hətta ailə mühitində də, sonra baxacağıq, növbəti şura çərşənbə axşamı olacaq və sizə konkret məlumat verəcəyik".
InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze məhdudiyyətlərlə əlaqədar deyib.
Onun sözlərinə görə, məhdudiyyətlərin tətbiq olunması icra olunmadığı təqdirdə formal xarakter daşıyacaq.
"Ölkədə mövcud olan resurslar yaxşı bilinir və getdiyimiz ssenari bizim üçün aydındır. Əlbəttə ki, bu risklərin fərqindəyik, ancaq məhdudiyyətlərin tətbiq olunması icra olunmadığı təqdirdə formal xarakter daşıyacaq. Bü gün mövcud olan məhdudiyyətlər yüzdə 90 və ya yüzdə 80 dəqiqliklə yerinə yetirilsə, bu halda daha yaxşı həll yollarımız olardı. Beləliklə, kağız üzərində əlavə məhdudiyyətlərin qoyulması bu ssenarini dəyişməyəcək. Buna görə də, hər bir şəxsin maska taxaraq fərdi məsuliyyət daşıması vacibdir. Maska istifadəsi fərdi davranışa nəzarət etməyi əhatə edir. Fərdi davranışa nəzarət, vətəndaşlar tərəfindən fərdi səviyyədə dərk edilmədiyi təqdirdə heç bir inzibati orqan çərçivəsində mümkün olmayacaq. Bəli cənab, cərimələri geri qaytaraq, amma formal xarakter daşıyacaqsa, heç bir nəticə əldə edə bilməyəcəyik", - deyib Qamğrelidze.


