28 
Apr
2020
17:03
6481

Sabhadan avtomobillərin hərəkətinə qadağa bərpa olunurmu sualına CAVAB

Gürcüstanın baş naziri Qiorqi Qaxarianın qərarına əsasən 27 apreldən avtomobillərin hərəkətinə icazə verilib.

InterPress.ge xəbər verir ki, bu məhdudiyyətin aradan qaldırılması ilə birlikdə həmçinin, onlayn-ticarət, hər növ məhsulun ünvana çatdırılma xidmətləri və aqrar bazarların işi də bərpa olunub.

Sözü gedən qərarla bağlı oxuyucularımız arasında anlaşılmamazlıq yaranıb. Bir çox oxuyucumuzdan bizə ünvanlanan sualda sabah avtomobillərin hərəkətinə qoyulan qadağa bərpa olunurmu deyə, bizə suallar ünvanlanır.

Qeyd edək ki, sabahdan avtomobillərin bələdiyyə daxili hərəkətinə heç bir məhdudiyyət qoyulmur. Həmçinin karantin olamayan şəhərlərin sakinləri bağlı olmaya rayonlara və şəhərlər sərbəst avtomobilləri ilə səyahət edə bilər.

Xatırlada ki, Gürcüstanın dörd böyük şəhərinə (Tbilisi, Kutaisi, Batumi, Rustavi) səyahət qadağan edilib. Həmin şəhərlərə giriş çıxış qadağandır.

Ancaq Paska bayramı ilə əlaqədar olaraq bu şəhərlərə iki günlük giriş çıxış açılıb.

Hökumət rəhbərliyi izah edir ki, 27 və 28 aprel tarixlərində, istisna olaraq, bu həqiqi yaşayış yerlərinə qayıdanlara şamil olunur. Yəni bayram ərəfəsində digər şəhərlərə və rayonlara gedənlər qeydiyyatda olduğu evlərinə dönə bilərlər. Bütün digər hallarda, şəhərlərarası səyahət hələ də qadağan edilib. İki günlük icazədən sonra sözü gedən şəhərlərə səyahət yenidən bütün hərkəsə qadağa edilir. Qadağa yük maşınlarına şamil edilmir.

Oxuyucularımız bu məhdudiyyətlə, aprel ayının 27-dən avtomobillərin hərəkətinə qoyulan qadağanın aradan qaldırılan məhdudiyyəti ilə səhv salırlar.

Yenidən qeyd edirik ki, avtomobillərin hərəkəti aprelin 27-dən bərpa olunub.

Baş nazir qeyd edib ki, epidemioloji vəziyyət pisləşərsə, məhdudiyyətlər yenidən tətbiq ediləcək və ya uzadılacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər