04 
Avq
2021
09:57
806

ABŞ Gürcüstana 30 milyon dollarlıq "Javelin" raketləri tədarük edəcək

Amerika Birləşmiş Ştatları Gürcüstana ümumilikdə 30 milyon ABŞ dolları məbləğində tank əleyhinə portativ “Javelin” (FGM-148) raket sistemlərini tədarük edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Pentaqonun Beynəlxalq Müdafiə İnkişafı Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Dövlət Departamenti müqavilənin ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyi ilə ziddiyyət təşkil etdiyini tanımır.

"Javelin” sistemləri Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün uzunmüddətli müdafiə potensialı yaratmağa kömək edəcək, həmçinin ölkənin tank əleyhinə potensialını artıraraq, mövcud və gələcək təhdidlərə cavab vermək qabiliyyətini gücləndirəcək", - agentlik bildirib.

“Javelin” “Raytheon” və “Lockheed Martin” şirkətləri tərəfindən müştərək istehsal olunur. Sistemlər zirehli maşınları və alçaqdan uçan hədəfləri məhv etmək üçün hazırlanıb. “Javelin” 1996-cı ildə Amerika ordusunun xidmətində istifadəyə verilib. Bu sistemlər İraq müharibəsi və digər silahlı qarşıdurmalar zamanı istifadə edilib.

Qeyd edək ki, Gürcüstan “Javelin” sistemlərinin ilk partiyasını 2018-ci ildə alıb.

Bizimlə əlaqə saxlayın