Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Antalyada meşə yanğınını törədən bir nəfər həbs edilib

547
Antalyada meşə yanğınını törədən bir nəfər həbs edilib
Dinləmək üçün basın

Türkiyənin Antalya əyalətinin Manavqat rayonunda 28 iyulda başlayan meşə yanğınları ilə əlaqədar Manavqat Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində hadisəni törətməkdə şübhəli bilinən 1 nəfər – 16 yaşlı…

Türkiyənin Antalya əyalətinin Manavqat rayonunda 28 iyulda başlayan meşə yanğınları ilə əlaqədar Manavqat Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində hadisəni törətməkdə şübhəli bilinən 1 nəfər – 16 yaşlı C.Y. saxlanılıb.

Bu barədə InterPress.ge Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları odun anbarına, dülgər sexinə, bir sıra evlərə və meşəyə ziyan vuran yanğınla əlaqədar araşdırmaya başlayıblar. Əldə edilən sübutlar və ətrafdakı təhlükəsizlik kameralarının yoxlanılması zamanı əldə olunan dəlillərlə hadisənin C.Y. tərəfindən törədildiyi müəyyənləşdirilib.

O, ötən cümə günü polis əməkdaşları tərəfindən yaxalanıb və 4 gün sorğu-sual olunub. Şübhəli şəxs dünən məhkəmənin qərarı ilə "meşəni qəsdən yandırmaq" ittihamı ilə həbs edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →