03 
Avq
2021
23:39
396

Salome Zurabişvili: "Tərəflər arasında razılaşdırılmış sənədin müəyyən elementlərinə görə məsuliyyət daşıya bilmərəm"

"Bir növ məsuliyyət daşıyıram və ölkədə siyasi proses böhrana girərkən AB -nin iştirakına dəstək verdiyim üçün qürur duyuram, amma tərəflər arasında razılaşdırılmış sənədin müəyyən elementlərinə görə məsuliyyət daşıya bilmərəm".

InterPress.ge xəbər verir ki, bunu Prezident Salome Zurabişvili brifinqdə deyib.

Salome Zurabişvilinin sözlərinə görə, sənədin məqsədləri tükənməyib.

"Bir növ məsuliyyət daşıyıram və ölkədə siyasi proses böhrana girərkən AB -nin iştirakına dəstək verdiyim üçün qürur duyuram, amma tərəflər arasında razılaşdırılmış sənədin müəyyən elementlərinə, habelə onun sıfırlanmasına görə məsuliyyət daşıya bilmərəm. Təcrübəmə əsasən imzalamadan əvvəl qırmızı xətlər çəkməyi bilirəm. Bu sənədin arxasında duran prosesin, bu sənəddə əks olunan məqsədlərin və sənədin əsaslandığı prinsiplərin tükənmədiyinə inandım və inanmağa davam edirəm. Bu ölkənin keçməli olduğu və dəstəklədiyim yoldur.

Dünən hər kəsi dinlədim və bu müqavilə əsasında parlamentə girən, işləyən və hələ də işləməyə davam edən, depolarizasiya olunmuş gürcü siyasi spektrinin modelini və ya modelinin başlanğıcını yaradan partiyaların məsuliyyətli münasibətini xüsusi qeyd etmək və hər birinə təşəkkür etmək istərdim. Sənədin ilkin məqsədinin yerinə yetirildiyinə dair fikirləri də bölüşürəm. Siyasi böhran bitdi, sabitlik möhkəmləndi, çoxpartiyalı parlament formalaşdı və siyasi proseslər küçədən parlamentə keçdi. Yeni seçki məcəlləsi qəbul etdik, bariyerin aşağı salınması ilə bağlı razılaşmanın yerinə yetiriləcəyinə də böyük ümidlər bəsləyirəm ki, bu da yeni partiyaların ortaya çıxması üçün ilkin şərtdir ",- Prezident bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər