03 
Avq
2021
10:52
1209

Gürcüstanda son 24 saat ərzində koronavirusa minlərlə yoluxma qeydə alındı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 4827 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat hökumət tərəfindən xüsusi olaraq hazırlanmış veb saytında, stopcov.ge-də yerləşdirilib.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 428 670 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1895 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 388 893 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 34 nəfər ölüb və ölənlərin ümumi sayı 5910 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər