Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Azərbaycanlı yanğınsöndürənlərin bayraq sevgisi Türkiyə mediasının gündəmində - VİDEO

1,020
Azərbaycanlı yanğınsöndürənlərin bayraq sevgisi Türkiyə mediasının gündəmində - VİDEO
Dinləmək üçün basın

Muğlanın Marmaris ilçəsindəki Hisarönü məhəlləsində çalışan azərbaycanlı yanğınsöndürənlərin Türkiyə dövlət bayrağına qarşı göstərdikləri hörmət ölkə mediasında böyük təqdirlə qarşılanıb.

Muğlanın Marmaris ilçəsindəki Hisarönü məhəlləsində çalışan azərbaycanlı yanğınsöndürənlərin Türkiyə dövlət bayrağına qarşı göstərdikləri hörmət ölkə mediasında böyük təqdirlə qarşılanıb.

InterPress.ge xəbər verir ki, “TRT Haber” bildirir ki, Azərbaycan FHN əməkdaşlarının təxliyə olunmuş bölgədəki boş evlərin həyətlərində asılmış bayraqları toplayaraq yanğından mühafizə etmələri diqqətdən yayınmayıb.

“Anadolu” agentliyi isə yanğınsöndürənlərimizin bəzilərindən müsahibə alıb.

FHN əməkdaşı Kamil Dünyamaliyev bildirib ki, bayraq bizim üçün çox önəmlidir.

“Türkiyə bizim qardaşımızdır. Azərbaycan və Türkiyə hər zaman qardaş olacaq. Son günümüzə qədər Türkiyənin yanındayıq. Marmarisə meşə yanğınlarını söndürmək üçün gəldik. Evə girdim, heç kim yox idi. Evin önündə asılmış türk bayrağını gördüm və onu götürdüm. Bayraq bizim üçün çox önəmlidir”, - deyə Kamil qeyd edib.

Yanğınsöndürən Nail Qailov isə Türkiyəni çox sevdiklərini və onu yalnız buraxmayacaqlarını vurğulayıb.

“Bayraq bizim hər şeyimizdir. Onu yanmağa qoymarıq. Türk xalqını çox sevirik və hər zaman yanında olacağıq”, - deyə əlavə edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →