02 
Avq
2021
13:13
624

Baş nazir dərmanların bahaşalmasına belə münasibət bildirdi

“Əhalimizi narahat edən daha bir məsələ farmaçevt bazarındakı vəziyyət və dərman qiymətləridir”.

InterPress.ge xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında deyib.

İrakli Ğaribaşvilinin qiymətləndirməsinə görə, ölkədə dərmanların qiyməti xeyli artıb və bütün statistika bunu göstərir.

“Hər kəs bu mövzuda olduqca narazı və narahatdır. Sözü gedən hesab üzərində işləyən Rəqabət Agentliyinin rəhbəri ilə bir sıra söhbətlərim oldu. Yaxın bir neçə gün ərzində aralıq monitorinq hesabatını bizə təqdim edəcəklər. Həmçinin, səhiyyə nazirinə onunla sıx koordinasiyada olmağı, mövcud vəziyyətin təhlilini vaxtında ictimaiyyətə təqdim etməyi və sonra faktiki həll yollarını ortaya qoymağı tapşırmaq istəyirəm.

İlkin nəticələr çıxarmaq istəmirəm, amma bəzi dərmanlara şirkətlər tərəfindən 300 və 400%-lik qiymət etiketi qoyulmasına dair ilkin məlumatlar var ki, bu da tamamilə qəbuledilməzdir. Heç bir ölkədə belə bir şey olmur. Biz bunu yaxşı öyrənməliyik və ən qısa müddətdə düzgün qərarlar qəbul etməliyik, çünki bütün bunlar, əhalimizin rifahına təsir edəcək” -deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər