Ğaribaşvili: "Ölkə qapanmalara və məhdudiyyətlərə tab gətirə bilməz, buna görə də..."
“Ölkə qapanmalara və məhdudiyyətlərə tab gətirə bilməz, buna görə də biz prosesi idarə etməli və iqtisadi artımı təşviq etməliyik”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumət iclasında bildirib.
“Ölkəmiz üçün doğru yol, bir tərəfdən yüksək iqtisadi artım tempini qoruyub saxlamaqdır. Bölgə ölkələrinə və ümumilikdə Avropadakı mövcud tendensiyalara nəzər salın, belə artım çox yerdə yoxdur. Bu, həqiqətən də ölkəmizdə misligörünməmiş artımdır. İkinci tərəfdən, fikrimcə, bu qədər çox peyvənd gətirməyi bacarmağımız çox yaxşı və sevindirici xəbərdir. Bütün bunlar düzgün istifadəyə, əhali üçün düzgün izahata ehtiyyac duyur” -deyə İrakli Ğaribaşvili bildirib.
Baş nazir , iqtisadiyyatı qorumağın və ümumiyyətlə bu vəziyyətdən xilas olmanın yolunun peyvəndləmədən keçdiyini bir daha qeyd etdi.
“Ölkə artıq qapanmalara və məhdudiyyətlərə tab gətirə bilməz, buna görə də biz prosesi idarə etməli və iqtisadi artımı təşviq etməliyik. Bu, daha çox məşğulluq, əhalimiz üçün daha çox rifah deməkdir.
Əhaliyə bir daha xatırlatmaq üçün, keçən il ölkə bağlandıqda və real olaraq qapalı ölkədə, minlərlə, yüz minlərlə insan işini itirdi, evdə oturmuşdular və sonra 200 lari yardım aldılar. Bu yetərli deyil. Bu səbəbdən bunun bir daha təkrarlanmaması üçün çox diqqətli olmalı, bir tərəfdən Səhiyyə Nazirliyindən verilən tövsiyyələrə əməl etməli, həkimlərimizə, alimlərimizə güvənməli və çox sadə olan peyvəndləmədən keçməliyik. Əhaliyə demək istədiyim əsas arqument, yoluxma halında, təəssüf ki, bu və ya digər halın ölümcül bir şəkildə sona çatma ehtimalının yüksək olmasıdır, dahası bu çox fərdidir, bir çox sağlam insan koronavirusa yoluxdu və bədbəxtliyə düçar oldu. Ətrafımızda belə insanlar çoxdur, amma statistikaya nəzər salsaq, dünyada bir və ya iki belə hadisəni saymazsaq, peyvənd edilmiş insanın ölümü qeydə alınmamışdır. Ümumiyyətlə, tendenisya belədir. Müvafiq olaraq, peyvənd bizi qoruyur və buna görə də hər kəsi peyvənd olmağa çağırmalıyıq. Gürcüstanda Sinopharm , Sinovac və Pfizer peyvəndləri əlçatandır” -deyə İrakli Ğaribaşvili bildirib.


