Gürcüstanda koronavirusa yeni 14 yoluxma qeydə alınıb. Bununlada ölkəmizdə yoluxma hallarının sayı 511-ə çatıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında (stopcov.ge) məlumat verilib.
Bildirilib ki, hazırda ölkə üzrə karantində 5085, stasionar müalicədə isə 558 nəfər var. Virusa yoluxmuş şəxslərdən 6 həyatını itirib, 156 nəfəri isə tam sağalıb.
