Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Qəddafinin oğlu siyasətə qayıdır

433
Qəddafinin oğlu siyasətə qayıdır
Dinləmək üçün basın

Liviyanın keçmiş rəhbəri Muammar Qəddafinin ikinci oğlu Seyfülislam Qəddafi “The New York Times” nəşrinə müsahibə verib.

Liviyanın keçmiş rəhbəri Muammar Qəddafinin ikinci oğlu Seyfülislam Qəddafi “The New York Times” nəşrinə müsahibə verib.

Qəzetdən verilən məlumata görə, müsahibə iki il yarımlıq danışıqlardan sonra Liviyanın Zintan kəndi yaxınlığında baş tutub.

Oğul Qəddafi liviyalı siyasətçilərin ölkəyə fəlakətdən başqa bir şey gətirmədiklərini bəyan edib.

“Pul yox, təhlükəsizlik yox. Yanacaqdoldurma məntəqəsinə gedin, orada da yanacaq yox. Neft-qaz ixrac edirik, İtaliyanın yarısını enerjiylə təmin edirik, amma özümüz qaranlıqdayıq. Bu fiaksodur”, - deyə o bildirib.

Qəddafi bu ilin dekabr ayında keçirilməsi planlaşdırılan prezident seçkilərində iştirakını da istisna etməyib.

“10 ildir liviya xalqından uzağam. Yavaş-yavaş geri dönmək lazımdır”, - deyə vurğulayıb.

Qeyd edək ki, Seyfülislam Qəddafi “London School of Economics”in məzunudur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →