31 
Iyl
2021
20:21
917

Kobaxidze Mixail Saakaşvilinin Gürcüstana gəlməsi barədə açıqlamasına belə münasibət bildirdi

"Artıq neçənci seçkidir ki, belə təhdid edir, görək necə gələcək. Belə bir fikri olsaydı indiyə qədər bunu edərdi, ancaq bilirik ki, belə bir fikri yoxdur. O qorxaqdır və buna görə də bunu etməsi çox çətindir. İnsanlar bunu çox yaxşı bilirlər və təbii olaraq onun bu cür açıqlaması cəmiyyətdə gülüş doğurur".

InterPress.ge xəbər verir ki, "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze, Mixail Saakaşvilinin yerli özünüidarəetmə seçkilərindən əvvəl Gürcüstana gəlməsi barədə açıqlamasına belə münasibət bildirib.

İrakli Kobaxidzenin qeyd etdiyinə görə, "Gürcü Arzusu"nun 19 aprel müqaviləsini ləğv etmək qərarı ölkəni sakitləşdirəcək, çünki "Milli Hərəkat" qeyd olunan sənədi qütbləşməni böyütmək üçün istifadə edirdi.

Onun sözlərinə görə, sənəd məsələsi tamamilə bitib və "Milli Hərəkat"ın mövqeyini dəyişib-dəyişməməsi və sənədi imzalayıb-imzalamamasının heç bir əhəmiyyəti yoxdur.

"Onların qütbləşmə üçün heç bir mənbələri yoxdur və əlavə qütbləşmə üçün istifadə edilə biləcək vasitələrə də sahib deyillər, buna görə də qərarımız ölkəni sakitləşdirəcək", - bildirib Kobaxidze.

Beynəlxalq tərəfdaşlarla məsləhətləşmələrə gəlincə, İrakli Kobaxidze islahatlarla bağlı məsləhətləşmələrin olacağını söyləyib.

"Sənəd məsələsi tamamilə tükənib. 100 gündür ki, imzalamırdılar və indi bu barədə danışmağa başlayırlar, bunlar uşaq üsullarıdır. Ancaq beynəlxalq tərəfdaşlarımızla məsləhətləşmələrə gəldikdə, əlbəttə ki, maraq və istək olarsa, islahatlar da daxil olmaqla belə məsləhətləşmələrimiz olacaq. Əlbəttə ki, biz bu məsləhətləşmələri aparacağıq və bu işdə iştirak edəcəyik, onları mümkün qədər nəzərimizdə saxlayacağıq", - deyib İrakli Kobaxidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər