31 
Iyl
2021
17:55
1104

Baş nazir Türkiyədə baş verən meşə yanğınlarına belə münasibət bildirdi

"Dostumuz Türkiyədə yanğın nəticəsində vəfat edən insanlara səmimi başsağlığımı və vurulan ziyana həmrəyliyimi ifadə edirəm".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili bəyan edib.

Hökumət başçısı, istənilən növ yardımın göstərilməsinə hazır olduğunu ifadə edib.

“Bizim dost ölkəmiz, strateji partnyorumuz, Türkiyənin cənub bölgələrində meşənin miqyaslı yamğını barəsində yayılan məlumatları diqqətlə izləyirik. Dostumuz Türkiyədə yanğın nəticəsində vəfat edən insanlara səmimi başsağlığımı və vurulan ziyana həmrəyliyimi ifadə edirəm.

Gürcüstan Türkiyə hökumətinə və əhalisinə həmrəyliyini ifadə edir.

Gürcüstan hökuməti adından, qonşu Türkiyəyə istənilən növ yardım göstərməyə hazıram”, – Gürcüstanın baş nazirinin bəyanatında deyilir

Bizimlə əlaqə saxlayın