1 USD =
3.1141 GEL
1 EUR =
3.6628 GEL
1 TRY =
0.368 GEL
100 RUB =
4.2956 GEL
1 AZN =
1.8301 GEL
30 
Iyl
2021
17:56
403

Kobaxidze: "Erkən parlament seçkilərinin təyin edilməsi heç bir şəkildə özünüidarəetmə seçkilərinin nəticəsindən asılı olmayacaq"

"Erkən parlament seçkilərinin təyin edilməsi heç bir şəkildə özünüidarəetmə seçkilərinin nəticəsindən asılı olmayacaq".

InterPress.ge xəbər verir ki, bunu "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze siyasi şuranın iclasından sonra keçirilən brifinqdə deyib.

"Sizə inamla deyə bilərəm ki, prinsipcə növbədənkənar seçkilərin təyin edilməsi məsələsi heç bir şəkildə yerli özünüidarəetmə seçkilərinin nəticəsindən asılı olmayacaq. Başqa sözlə desək, yerli özünüidarə seçkilərinin nəticələrinin heç bir əhəmiyyəti olmayacaq, üç faiz qazansaq da növbədənkənar parlament seçkiləri təyin olunmayacaq, 99 faiz qazansaq da təyin olunmayacaq. Gürcüstanda sağlam bir koalisiya hökumətinin qurulmalı olduğunu görsək, bu halda heç bir şeydən asılı olmayaraq, bu qərarı öz niyyətimizlə verəcəyik. Ancaq bu özünüidarəetmə seçkilərinin nəticələrinə bağlı olmayacaq", - deyib İrakli Kobaxidze.

Bizimlə əlaqə saxlayın