30 
Iyl
2021
17:50
1332

Mərkəz rəhbəri yenidən toylarla bağlı müraciət etdi

"Epidemioloji partlayışın mənbəyi böyük yığıncaqlardır".

InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.

"Yığıncaqlar, buraxılış tədbirləri, toylar, yaslar və s. epidemiyanın yayılmasının ən böyük səbəbləridir.

Hamıya deyirik ki, tədbirə yalnız iki dəfə peyvənd edilmiş insanlar dəvət olunmalıdır və bu bir qayda olaraq daxil edilməlidir.

İstənilən yığıncağa yalnız iki dəfə peyvənd olunmuş insanlar getməlidir və iki dəfə peyvənd olunmadıqları halda dəvət edilsələr belə getməməlidirlər. Və ya gedirlərsə, əvvəlcədən test olunmalıdırlar. Bu mədəniyyət qaydasına çevrilməlidir" - deyə Amiran Qamğrelidze bildirib.

Qamğrelidzenin sözlərinə görə, ölkədə qaydaların sərtləşdirilməsi planlaşdırılmır.

Bizimlə əlaqə saxlayın