30 
Iyl
2021
17:06
396

NATO: "Gürcü Arzusu"nun 19 Aprel razılaşmasından çıxması dərin təəssüf doğurur

"Gürcü Arzusu"nun 19 Aprel razılaşmasından çıxmaq qərarı dərin təəssüf doğurur".

InterPress.ge xəbər verir ki, NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay "Facebook" hesabında belə qeyd edib.

O, bütün tərəfləri ölkənin demokratik hədəfləri üçün zəruri olan islahatların həyata keçirilməsini dəstəkləməyə çağırı: "Gürcü Arzusu"nun 19 Aprel razılaşmasından çıxmaq qərarı dərin təəssüf doğurur. 19 Aprel razılaşması Gürcüstanın faydalanacağı islahatlar və Avro-Atlantik yolunda irəliləməsi üçün ən yaxşı yolu müəyyənləşdirir. Buna görə Gürcüstan razılaşmanın tətbiqini özünün NATO-ya üzvlüyə hazırlığına yardım edən İllik Milli Proqramına daxil edib. Vahid Milli Hərəkat (əsas müxalifət partiyası -red.) da daxil olmaqla, bütün tərəflər Gürcüstanın demokratik hədəflərinə nail olunması üçün zəruri olan islahatların tətbiqini dəstəkləməli və buna sadiq olmalıdırlar".

Qeyd edək ki, iyulun 28-də hakim "Gürcü Arzusu" partiyası Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Gürcüstanda siyasi böhranın başa çatdırılması və müxtəlif islahatların həyata keçirilməsini nəzərdə tutan razılaşmadan çıxdığını bəyan edib.

Bizimlə əlaqə saxlayın