Bu gündən etibarən Gürcüstanın əksər ərazilərində hava açılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
3 avqusta qədər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Aran rayonlarında havanın temperaturu gündüz +29, +34 dərəcə olacaq.
Paytaxta gəlincə, sinoptiklərin məlumatına görə, Tbilisidə əsasən yağmursuz hava şəraiti gözlənilir. Hava +31, +33 dərəcəyə qədər istiləşəcək.
