29 
Iyl
2021
12:20
1300

Gürcüstanda qarşıdakı günlərdə havanın şəraiti necə olacaq?

İyulun 30-dan avqustun 1-dək Şərqi Gürcüstanda yağmursuz hava şəraiti gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə sinoptklər məlumat verib.

Bildirilir ki, orta temperatur 27-31 dərəcə olacaq.

Əsasən dağlıq ərazilərdə yağış yağacağı gözlənilir. Həmin ərazilərdə orta temperatur 18-27 dərəcə olacaq.

İyulun 30-31-də Qərbi Gürcüstan şəhərlərində yağmursuz hava gözlənilir. Havanın temperaturu 29-32 dərəcə olacaq. Avqustun 1 -də bəzi şəhərlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

İyulun 30-dan avqustun 1-dək dağlarda yağış yağacaq, havanın temperaturu 27-29 dərəcə isti olacaq.

İyulun 30 -da Tbilisidə yağış gözlənilmir, temperatur 29 dərəcə olacaq. İyulun 31-də 32 dərəcəyə qədər istiləşəcək, gün yağmursuz keçəcək. Avqustun 1 -də paytaxtda yağış yağacaq, amma temperatur hələ də 32 dərəcədə qalacaq.

Qərbi Gürcüstanda yağıntılar avqustun 4-dək davam edəcək. Orta temperatur 30-34 dərəcə olacaq.

Bizimlə əlaqə saxlayın