29 
Iyl
2021
10:52
724

Gürcüstanda koronavirusa yoluxma sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 2796 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzi məlumat yayır.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 413626 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2088 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 379685 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 17 nəfər ölüb və ölənlərin ümumi sayı 5768 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın