28 
Iyl
2021
15:46
370

Kobaxidze açıqladı: "Növbədənkənar seçkiləri 43 % deyil, 53 % səslə keçirməyə hazırıq”

“Müxalifətdəki siyasi partiyaların davranışlarından siyasi sistemimizin effektiv koalisiya hökuməti üçün yetişdiyini öyrənsək, xoş niyyətimizlə növbədənkənar seçkiləri 43 % deyil, 53 % səslə keçirməyə hazırıq”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcü Arzusu sədri İrakli Kobaxidze qeyd edib.

Onun sözlərinə görə, belə bir vəziyyətdə, növbədənkənar seçkilər hökumətin yaxşı könüllü konstitusiya təcrübəsinə uyğun olaraq təyin ediləcək.

“Növbədənkənar parlament seçkiləri məsələsinə gəldikdə, ilk növbədə qeyd etmək istərdik ki, koalisiya hökumətinin sağlam bir ənənəsini yaratmaq və dövləti idarə etmək məsuliyyətini digər siyasi partiyalarla bölüşmək ən yaxşı Avropa təcrübəsidir. Gürcü Arzusu bunu yalnız dəstəkləyir və alqışlayır. Bu səbəbdən müxalif siyasi partiyaların davranışlarından siyasi sistemimizin effektiv koalisiya hökuməti üçün yetişdiyini öyrənsək xoş niyyətimizlə növbədənkənar seçkiləri 43 %ndeyil, 53 %səslə keçirməyə hazırıq. Belə bir rejim maraqlara zərər verməyəcək. Belə bir vəziyyətdə, inkişaf etmiş Avropa demokratiyalarında qurulmuş konstitusiya praktikasına uyğun olaraq növbədənkınar seçkilər xoş niyyətimizlə çağırılacaq”, - Kobaxidze.

Bizimlə əlaqə saxlayın