27 
Apr
2020
16:33
6025

Dünən Gürcüstan səmasında hərkəsi şoka salan peyklər bu gecə də səmada görünəcək - SAATI AÇIQLANDI

İlon Maskın “Starlink” layihəsinin peyklərini bir çox insan Gürcüstandan da gördü. Peyklər səmada bu gün də görünəcəklər.

InterPress.ge xəbər verir ki, peyklərin ardıcıl olaraq keçidi Tbilisi vaxtı ilə saat 21:07 radələrində səmada şimal-qərbdən başlayacaq və bir neçə dəqiqədən sonra cənub-şərqdə başa çatacaq. Beləliklə bu görüntünü dünən görməyə imkanı olmayanların, bu gün yenidən izləməyə şansı olacaq.

“Starlink” layihəsinə Amerikalı biznesmen İlon Mask 2015-ci ildə başladı və onun məqsədi bütün planetin peyk interneti ilə əhatə etməkdir.

Proqramı Mask “Starlink” adlandırdı və onu “Spay X” şirkəti həyata keçirir. Peyklərin buraxılması mərhələ şəklində baş verir. Sınaq peykini 2018-ci ildə, ilk 60 peyki isə, 2019-cu ildə buraxdılar.

“Starlink” layihəsi çərçivəsində yer kürəsinin orbitinə mərhələ şəklində 40 min süni peyk buraxılacaq.

Maskın bəyan etdiyinə görə, onun məqsədidir ki, internetin bu vaxta qədər olmadığı bölgələrə Starlink internetinin çatdırılmasıdır.

Bizimlə əlaqə saxlayın