27 
Iyl
2021
22:29
482

Komitə sədri: "Toy yaxşıdır, Allah ölkəmizdə toyları çox etsin, amma..."

"Ətrafımızda hamımızın koviddən təsirlənmiş, həyati təhlükəsi olan insanlar var".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcü Arzusunun üzvü və parlamentin sağlamlıq komitəsinin sədri Dimitri Xundadze veb-seminarda qeyd edib.

"Necə ola bilər ki, ad günüm səbəbi ilə, böyük bir stəkanı ağzına qədər şərab doldurum və həmin axşamı izdiham içində keçirdim - sabah-birisi gün hər hansı bir ailə üçün nəticə ağır olsun, o qədər də ağır ki, bunu geri qaytarmaq mümkün olmasın", - deyə Dimitri Xundadze qeyd edib.

O, əhalinin mövcud qaydalara əməl etmədiyi təqdirdə epidemioloji vəziyyətin daha da pisləşə biləcəyini qeyd edib.

Dimitri Xundadze bir daha ictimaiyyəti tövsiyələrə əməl etməyə çağırıb.


"Maskadan istifadə etmək çətin deyil, bu mərhələdə geniş miqyaslı ictimai tədbirlərlərdən imtina etmək çətin deyil. Toy yaxşıdır, Allah ölkəmizdə toyları çox etsin, amma gəlin bu sosial tədbirləri bir az təxirə salaq", - deyə Dimitri Xundadze dedi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər