27 
Iyl
2021
19:42
1819

Bu şəxsiyyət vəsiqəsinə sahib olanlar bir çox yerdə güzəştlərdən istifadə edəcəklər

Əlillərə qayğı göstərmək, onlar üçün dövlət xidmətlərini asanlaşdırmaq və xidmətlərə əlçatımlılıq imkanlarını artırmaq Ədliyyə Nazirliyinin əsas prioritetlərindən biridir.

InterPress.ge xəbər verir ki, Ədliyyə Nazirliyinin Dövlət Xidmətləri İnkişafı Agentliyi əlillər icmasının nümayəndələri ilə birlikdə yeni xidmət təqdim edib - ömürlük əlillik statusuna sahib olanların elektron şəxsiyyət vəsiqələrində əlillik statuslarını qeyd etdirmələri mümkün olacaq.

Yenilik, bu kateqoriyadan olan şəxslərin qanunla nəzərdə tutulmuş hallarda digər qurum və təşkilatların bütün güzəşt və xidmətlərindən asanlıqla istifadə etmələrinə imkan verəcək.

Vətəndaş elektron şəxsiyyət vəsiqəsi aldıqda əlil şəxs olduğuna və bu statusunun daimi olduğuna dair sənəd təqdim edərsə, elektron şəxsiyyət vəsiqəsində əllilik statusu yazdırmaq imkanına sahib olacaq. Onun tələbinə əsasən elektron şəxsiyyət vəsiqəsi və yaddaş kartında əlillik statusu haqqında məlumat qeyd ediləcək.

Ayrıca, vətəndaş artıq aktiv elektron şəxsiyyət vəsiqəsinə sahibdirsə və sənəddə əlillik statusunun göstərilməsini istəyirsə, Ədliyyə Evinə, Dövlət Xidmətinin İnkişaf Agentliyinin Ərazi ofisinə və ya İctimai Mərkəzə statusunu təsdiqləyən müvafiq sənəd təqdim etməlidir.

Elektron şəxsiyyət vəsiqəsinə əlilin statusu barədə məlumatların daxil edilməsi pulsuzdur. Artıq verilmiş ID kartına əlillik statusu, ərizə təqdim olunduqdan yeddi iş günü ərzində qeyd ediləcək.

Elektron şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi halında, vətəndaş istəsə, müvafiq sənədi təqdim edə və statusu haqqında məlumatları şəxsiyyət vəsiqəsində yenidən əks etdirə bilər.

Bizimlə əlaqə saxlayın