26 
Iyl
2021
10:37
646

Gürcüstanda koronavirusla bağlı son STATİSTİKA

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1264 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzi məlumat yayır.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 404 023 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1665 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 374 753 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 26 nəfər ölüb və ölənlərin ümumi sayı 5 714 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın