Marneulidə foto sərgi keçirildi - FOTO
Marneuli bələdiyyəsinin Kəpənəkçi kəndində, Aşıq Kamandarın Ev-Muzeyində yerli foto həvəskarların çəkdiyi fotolardan ibarət sərgi təşkil edildi.
InterPress.ge xəbər verir ki, sərgi Türkiyənin TİKA şirkəti tərəfindən təşkil edilmişdi.
TİKA tərəfindən maliyyələşdirilən foto kurs layihəsinin koordinatoru Gülbən Əliyevanın sözlərinə görə, iki aylıq fotoqraf kursundan sonra foto həvəskarların çəkdiyi fotolardan ibarət foto sərgi təşkil olundu.
"Marneuli və Sadaxlıda foto həvəskarların, əsasən gənc qadınların qatıldığı foto klublar var idi, onlar fotoşəkilləri yerli olaraq çəkirdilər, məsələn: təbiətin, insanların, hər şey onların foto kameraları ilə çəkildi, hansı ki, onların maraq dairəsində idi. İki aylıq fotoqraf kursundan sonra foto həvəskarların çəkdiyi fotolardan Aşıq Kamandarın Ev-Muzeyində sərgi təşkil edildi", - deyə Gülbən Əliyeva qeyd edib.
Foto sərgidə Türkiyənin Gürcüstandakı səfiri Fatma Cərən yazğan, TİKA şirkətinin Gürcüstan üzrə koordinatoru Necla Dəmirdağ, icma nümayəndələri və başqaları iştirak edirdilər.
.jpg)
.jpg)


















