Gürcüstanda koronavirusa yeni 10 yoluxma qeydə alınıb. Bununlada ölkəmizdə yoluxma hallarının sayı 496-a çatıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında (stopcov.ge) məlumat verilib.
Bildirilib ki, hazırda ölkə üzrə karantində 4833, stasionar müalicədə isə 571 nəfər var. Virusa yoluxmuş şəxslərdən 6 həyatını itirib, 149 nəfəri isə tam sağalıb.
