Gürcüstanda daha bir zəlzələ baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi verib.
Məlumata görə, zəlzələ Tbilisi vaxtı ilə 13:02-də qeydə alınıb.
Zəlzələnin episentri Tbilisidən 54 kilometr aralıda Calka yaxınlığda, Salamaleiki kəndi yaxınlığında olub.
Zəlzələnin gücü 3.7 bal təşkil edib.
