Gürcüstanda zəlzələ baş verdi.
InterPress.ge xəbər verir ki, bu barədə Yer Elmləri İnstitutu məlumat yayır.
Məlumata görə, yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 12: 14-də Dmanisinin Sameba kəndi yaxınlığında qeydə alınıb.
Zəlzələnin gücü 2.9 bal təşkil edib.
