Marneulidə bir nəfər saxlanıldı
Polis dünən axşam üstü Marneulidə baş verən bıçaqlanma hadisəsi ilə əlaqədar bir nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
"Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin Marneuli Rayon Şöbəsinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 1999-cu il təvəllüdlü O.M. Xuliqanlıq ittihamı ilə isti təqib nəticəsində həbs olunub.
İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneulinin Rustaveli küçəsində 2005-ci il təvəllüdlü A.A.-ya şifahi və fiziki zorakılıq edib, daha sonra həmin ərazidə olan A.A.-nın anası 1969-cu il təvəllüdlü S.K. ilə mübahisə edib. Qarşıdurma zamanı təqsirləndirilən şəxs soyuq silahdan istifadə edərək S.K.-nın qoluna xəsarət yetirib və hadisə yerindən qaçıb. Xəsarət alan qadın tibb müəssisəsində müvafiq müalicə aldıqdan sonra klinikadan çıxıb. Qadının səhhətinin vəziyyəti qənaətbəxşdir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi saxlayıblar. Polis cinayətin silahını - bıçağı sübut kimi ələ keçirib.
Saxlanılan şəxsi 4 ildən 7 ilədək həbs cəzası gözləyir", - deyə agentlik məlumat verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, silahla törədilmiş xuliqanlıq faktı ilə Gürcüstan Cinayət Məcəlləsinin 239-cu maddəsinin 3-cü hissəsinə əsasən araşdırma aparılır.


