24 
Iyl
2021
11:06
873

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 2617 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzi məlumat yayır.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 400 698 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 869 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 371 434 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 9 nəfər ölüb və ölənlərin ümumi sayı 5665 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın