Qaraçöpdə “Qaraçöp İcma Mərkəzi” fəaliyyətə başlayır
Kaxeti bölgəsində yerləşən Saqareco bələdiyyəsinin Qaraçöp kəndində ilk dəfə olaraq "Qaraçöp İcma Mərkəzi" (QİM) fəaliyyətə başlayacaq.
Bu barədə InterPress.ge-yə mərkəzin təsisçilərindən olan Ayhan Həsənov məlumat verib.
A. Həsənov "Qaraçöp İcma Mərkəzi"nin yaranma səbəblərindən danışıb. O, qeyd edir ki, QİM bölgədə bir çox məsələnin həllində vasitəçi təşkilat kimi fəaliyyət göstərəcək.
"Qaraçöp İcma Mərkəzi-nin (QİM) yaranma səbəbi də məhz icmadakı qeyri formal təhsilsizliyin inkişafı başda olmaqla, inteqrasiya, icmanın səsinin geniş kütlələrə çatdırılması kimi bir çox məsələnin həllində vasitəçi təşkilat kimi fəaliyyət göstərməsidir. Bölgəmizdə hazırda belə bir icma mərkəzi yoxdur və bizim mərkəz ilk olacaq. Məqsədimiz gənclərmizin aktivliyini təmin etmək və müxtəlif sahələrdə kurslar treninqlər və görüşlər təşkil edərək gəncləri cəlb etməkdir", - deyə Həsənov qeyd edib.
Həsənov onuda qeyd edib ki, İcma Mərkəzi heç bir maddi dəstək olmadan kəndin fəal gəncləri tərəfindən təsis olunub.
"İcma Mərkəzi heç bir fond və ya beynəlxalq təşkilatın dəstəyi ilə təsis olunmayıb. Mərkəzimiz tamamən Qaraçöplü fəal gənclər tərəfindən və bir sıra könüllü mülkdarların maddi yardım dəstəyi ilə təsis olunub", - Həsənov qeyd edir.
Mərkəzin rəsmi Facebook səhifəsinə aşağıdakı linkdən keçid edə bilərsiniz:


