23 
Iyl
2021
19:22
759

Paata İmnadze məktəblərdə hansı halda təhlükəsiz dərs keçiriləcəyini açıqladı

"Müəllimlər və valideynlər aşılanarsa, məktəblərdə təhsilin bərpası təhlükəsiz olacaq. Uşaqlar hardansa virusa yoluxmurmu? Uşaq ailədə və ya haradasa gəzirsə, orada virusa yoluxur".

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzi rəhbərinin müavini Paata İmnadze bu gün Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə bəyan edib.

“Bir çox ölkədə uşaqların aşılanmasına 12 yaşından etibarən icazə verilir. Çində artıq 3 yaşından etibarən bunun mümkün olduğu deyilir. Çin bu gün dünyada ən çox peyvənd olunan insanlara sahib olan ölkədir.

Beynəlxalq qaydalara daxil olan kimi biz də bu barədə düşünə bilərik. Uşaqların xəstələnməsinin qarşısını alma yolu böyüklərin peyvənd olunmasından keçir", - deyə Paata İmnadze qeyd edib.

Bizimlə əlaqə saxlayın