23 
Iyl
2021
13:09
410

Zuqdididə ata-oğlu güllələyən şəxs saxlanıldı

Zuqdididə, iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd göstərmək və qəsdən öldürmək ittihamı ilə 1956-cı il təvəllüdlü Z.K. saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi açıqlama yayır.

"İstintaq müəyyən etdi ki, təqsirləndirilən şəxs Zuqdidi şəhərində, Tolstoy küçəsində yerləşən yanacaqdoldurma məntəqələrinin birinin yaxınlığında ticarət səhmləri mübahisəsi səbəbindən ata - 1959-cu il təvəllüdlü Q.L. və oğlu 1981-ci il təvəllüdlü Q.L.-nı odlu silahla yaralayıb", - DİN-in məlumatında bildirilir.

Aldığı xəsarət nəticəsində 1959-cu il təvəllüdlü Q.L. yerindəcə dünyasını dəyişib, digər yaralı şəxs isə təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Z.K. tezliklə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Cinayət silahı - iki tapança sübut kimi götürülüb. İki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd etmək və qəsdən adam öldürmək faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci və 19-109-cu maddələri ilə davam etdirilir.

Cinayət 11 ildən 14 ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın