1 USD =
3.1244 GEL
1 EUR =
3.7174 GEL
1 TRY =
0.3713 GEL
100 RUB =
4.2829 GEL
1 AZN =
1.8391 GEL
22 
Iyl
2021
20:20
948

Marneulidə baş verən cinayətlə bağlı prokrorluq məlumat yayır

Prokurorluq Marneuli bələdiyyəsindəki qətldə təqsirləndirilən şəxsin atasına hücumla bağlı iki nəfəri ittiham edib.

InterPress.ge xəbər verir ki, iyulun 21-də təqsirləndirilən şəxs ailəsinin iki üzvünü öldürüb.  

Təqsirləndiliən şəxs keçmiş həyat yoldaşına, qardaşına və yoldaşının valideynlərinə atəş edib.  Gənc qadın və atası yerindəcə ölüb.  Ana və qardaşı isə xəsarət alıb. Polis şübhəlini saxlayıb.

Cinayətdən sonra mərhumun yaxınları təqsirləndirilən şəxsin atasının evinə gediblər və oğlanın atasına ciddi xəsarət yetiriblər. Onlardan biri isə həyətdə duran iki avtomobilə ziyan vurub.

Prokurorluq saxlanılan T.P. və İ.P.-ni ittiham edib. 

T.P. Cinayət Məcəlləsinin 117-ci maddəsinin (qəsdən sağlamlığa ağır zərər vurma) birinci hissəsi ittiham olunub ki, bu da 3 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutur. İ.P. isə Cinayət Məcəlləsinin 187-ci maddəsinin (başqasının əmlakına ziyan vurma) birinci hissəsi ilə ittiham olunub, bu da bir ildən üç ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın