22 
Iyl
2021
16:05
411

Polis bir nəfəri saxladı

Daxili İşlər Nazirliyinin Acariya Polis Departamentinin əməkdaşları aparılmış əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1996-cı il təvəllüdlü D.D.-nı qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

İstintaq müəyyən edib ki, bu il iyulun 21-də bir qarşıdurma zamanı təqsirləndirilən şəxs Batumidəki kafe-barlardan birinin mühafizəçisi - 1964-cü il təvəllüdlü G.B.-ni eyni ərazidə soyuq silahdan istifadə edərək ölümcül yaralayıb və hadisə yerindən qaçıb.

Polis hadisədən bir neçə saat sonra isti təqibdə təqsirləndirilən şəxsi saxlayıb.

Qəsdən adam öldürmə faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır.

Cinayət 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın