22 
Iyl
2021
15:10
1011

Rusiya-Gürcüstan arasında uçuşların nə vaxt bərpa ediləcəyi haqda açıqlama verildi


Rusiya və Gürcüstan arasında hava nəqliyyatı saniterya - epidemioloji vəziyyət sakitləşdikdən sonra açıla bilər

InterPress.ge Ria Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin muavini Andrey Rodenko bildirib

Onun sözlərinə görə, iki il əvvəl Rusiyadan Gürcüstana hava nəqliyyatının qadağan edilməsi məcburi tədbir və müvəqqəti idi.

"2019-cu ilin iyul ayında Rusiya Federasiyasından Gürcüstan ərazisinə hava daşımalarının həyata keçirilməsinə tətbiq olunan qadağa, anti-Rusiya təxribatları ilə nəticlənən məcburi bir tədbir idi. Əminik ki, bu tədbirlər müvəqqətidir. Ümid edirik ki, Gürcüstan hakimiyyəti bu hadisədən dərs aldı və koronavirusun yayılması ilə əlaqəli sanitariya-epidemioloji vəziyyət sabitləşdikdən sonra uçuşların bərpası məsələsinə qayıtmaq üçün bir fürsət yaranacaq", - deyə Rudenko qeyd edib.

Xatırladaq ki, Rusiya hava yolları şirkətlərinin Gürcüstana uçuşları 2019-cu ilin iyul ayında Dövlət Dumasının deputatı Serqey Qavrilovla əlaqəli etiraz və Rusiyaya qarşı şüarlar səbəbiylə qadağan edilmişdir.

Bizimlə əlaqə saxlayın