Batumidə, Lermontov küçəsində hüquq mühafizə orqanları çoxmərtəbəli yaşayış binalarından birinin yanına toplaşıblar.
InterPress.ge xəbər verir ki, gənc bir oğlan özünü binadan atmağa hazırlaşır.
Hüquq-mühafizə orqanları hadisə yerinə şişmə döşək gətiriblər. Oğlan qapını kilidləyib və hüquq-mühafizə orqanlarını içəri buraxmır.
Yayılan məlumatlara görə, oğlan dünən Batumidə baş verən qətl hadisəsində təqsirləndirilir.
