1 USD =
3.1244 GEL
1 EUR =
3.7174 GEL
1 TRY =
0.3713 GEL
100 RUB =
4.2829 GEL
1 AZN =
1.8391 GEL
22 
Iyl
2021
12:33
146

Baş nazir: "Önümüzdəki illərdə əsas vəzifəmiz müdafiə qüvvələrinin gücləndirilməsinə maksimum diqqət yetirmək olacaq"

"Önümüzdəki illərdə ölkəmizin müdafiə qüvvələrinin inkişafına, gücləndirilməsinə və özünümüdafiə qabiliyyətinin təsdiqlənməsinə maksimum diqqət yetirmək əsas məqsədimiz olacaqdır ki, bu da təbii ki, ölkəmizin suverenliyinin qorunmasına və vətəndaşlarımızın təhlükəsizliyinə xidmət edəcək".

InterPress.ge xəbər verir ki, bunu  Baş nazir İrakli Ğaribaşvili Müdafiə Nazirliyinin 2020-2030 Fəaliyyət Planının təqdimatında çıxışı zamanı bəyan edib.

Baş nazir, fəaliyyət planının ordunu daha da gücləndirəcəyini qeyd edib.

“Bir daha vurğulamaq istərdim ki, müdafiə naziri olmaq, hörmətli zabitlərimizə xidmət etmək mənim üçün böyük şərəf idi. Birlikdə ordumuzu daha da gücləndirəcək bir plan hazırlamışıq. Ümumiyyətlə, bu on illik inkişaf planının ideyasının arxasında nəyin dayandığını bir daha izah etmək istəyirəm. Nazir olduğum zaman o vaxtkı Müdafiə Qüvvələri Komandanı, komandam, müavinlərimlə bir sıra görüşlər keçirdik və möhkəm bir zəmanət və təməl olacaq uzunmüddətli bir vizion sənədini necə inkişaf etdirəcəyimizi düşünürdük. Əlbətdə, başlanğıc nöqtəmiz davamlı dəyişikliyə məruz qalmayacaq bir sənəd yaratmaq idi, bu nazirin fərdi baxışlarından asılı olmayacaqdı, müdafiə qüvvələri, ordu tərəfindən hazırlanmış və mütləq yerinə yetirilməli olan bir vizion sənəd olacaqdı. Bugünkü gün təməl vizyonlarımızı xalqımıza bir daha təqdim edəcəyimiz gündür", - Baş nazir bəyan edib.

Bizimlə əlaqə saxlayın