16 yaşdan yuxarı insanlar "Pfizer" peyvəndi ilə aşılana biləcəklər.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat yeni protokolda bildirilir.
"Peyvənd 16 yaş və yuxarı yaşda olan insanlara vurulur. Peyvənd kursu 2 iynədən ibarətdir. Peyvəndlər arasındakı fasilə ən azı 21 gündür", - deyə protokolda qeyd olunub.
Yeni dəyişikliklərə görə, artıq Covid-19-a yoluxmuş şəxslər sağaldıqdan sonra 30 gün ərzində peyvənd oluna biləcəklər.
