21 
Iyl
2021
19:28
334

Jurnalistlər Xartiyası: Kaxa Kaladzenin bəyanatını qınayırıq

Gürcüstanın Etik Jurnalist Xartiyası Kaxa Kaladzenin media ilə bağlı dünənki açıqlamasını qınayır və hakimiyyəti aqressiv hərəkətlərlə jurnalistlərə hücumları təşviq etməməyə çağırır.

InterPress.ge xəbər verir ki, bəyanatda göstərilən məlumata görə, hökumət ifadə azadlığının məhdudlaşdırıcı normalarından bəhs etməyi dayandırmalı və işgüzar əlaqə rejiminə keçməlidir.

“2021-ci il iyulun 20-də Tbilisi meri Kaxa Kaladze medianın fəaliyyətini zorakı qrupların hərəkətləri ilə müqayisə etdi. Gürcüstanda media qurumlarının və jurnalistlərin sərbəst işləməsi üçün uyğun olmayan bir mühit yaradan siyasətçilərin aqressiv ritorikasından dəfələrlə narahatlığımızı bildirdik. Bu, jurnalistlərin təhlükəsizliyinə mənfi təsir göstərir. 5 iyul tarixində 53 media mənsubuna qarşı zorakı hərəkətlərin təşviqi hakim partiyanın açıqlamaları ilə baş verdi.

Xartiya, hakimiyyət nümayəndlərini əqressiv münasibətlərlə media mənsublarına hücumu təşviq etməməyə və düşüncə, söz və ifadə azadlığının məhdudlaşdırıcı normaları barədə danışmağı dayandırmağa, media azadlığını dəstəkləməyə və işgüzar münasibətlərə keçməyə çağırır", - deyə bəyanatda deyilir.

Məlumat üçün bildirək ki, dünən, 20 iyul tarixində Kaxa Kaladze Tbilisi merliyinə namizəd göstərərilərkən, medianı psixoloji zorakılıqda günahlandırıb.

Bizimlə əlaqə saxlayın