21 
Iyl
2021
14:57
2862

Marneulidə baş verən qətllə bağlı yeni təfərrüatlar məlum oldu

"Ölən qadının qohumları dəyənəklərlə evimizə gəldilər, avtomobilləri zədələdilər və yoldaşımı döydülər".

InterPress.ge xəbər verir ki, bu barədə Marneulidə keçmiş həyat yoldaşı və qayınatasını öldürən və həyat yoldaşının qardaşını və qayınanasını yaralan şəxsin anası danışıb.

Onun sözlərinə görə, təqsirləndirilən şəxsin atası hazırda xəstəxanadadır.

"Oğlum onların qızından ayrıldı, bundan sonra münaqişə yaşamadılar, dünən nə baş verdiyini bilmirəm. Dünən oğlum oraya gedəndə və bu bədbəxt hadisə baş verəndən sonra qız tərəfindən 10 nəfər evimizə gəldi, dəyənəklərlə silahlanmış şəxslər evimizə hücm etdilər, həyətimizdəki iki avtomobili zədələdilər, yoldaşım həyətə çıxanda ona da hücm etdilər, küt bir alətlə başına vurdular, gözünə zərər dəydi. Yoldaşımı huşsuz vəziyyətdə gördükdə dedilər ki, gəlin bunun həyat yoldaşını da öldürək. Əlimdə uşaqla arxa həyətə qaçdım. Yoldaşım xəstəxanadadır və vəziyyəti ağırdır.

Oğlumun üç azyaşlı uşağı yetim qaldı, anası öldürüldü, atası da həbsə gedəcək... Biz məhv olduq", - saxlanılan şəxsin anası bildirib.

Bizimlə əlaqə saxlayın