21 
Iyl
2021
14:18
1130

Polis Marneulidə daha iki nəfəri saxladı

Polis, Marneulidə gənc oğlanın keçmiş həyat yoldaşını və qaynatasını öldürdükdən və qayınanasına və keçmiş həyat yoldaşının qardaşına xəsarət yetirdikdən sonra təqsirləndirilən şəxsin evinə gedərək avtomobilini zədələləyən şəxsləri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Saxlanılan şəxslər qəsdən sağlamlığa ağır zərər vurmaq və başqasının əmlakına ziyan vurmaqla ittiham olunurlar.

"Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları isti təqib ilə aparılmış əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində iki nəfəri - 1970-ci il təvəllüdlü T.P. və 1994-cü il təvəllüdlü İ.P.-nı saxladılar. T.P. qəsdən sağlamlığa ağır zərər vurmaqda, 1994-cü il təvəllüdlü İ.P. isə başqasının əmlakına ziyan vurmaqda təqsirləndirilir.

İstintaq müəyyən etdi ki, 1992-ci il təvəllüdlü E.A. Marneuli bələdiyyəsində 2 nəfəri öldürdükdən və 2 şəxsi öldürməyə cəhd etdikdən sonra, öldürülən şəxslərin yaxınları - T.P. və İ.P. təqsirləndirilən şəxsin evinə gediblər və T.P. kürəkdən istifadə edərək təqsirləndirilən şəxsin atasına xəsarət yetirib, İ.P. isə təqsirləndirilən şəxsin iki avtomobilinə ziyan vurub.

Sağlamlığa qəsdən ağır xəsarət yetirmək və başqasının əmlakına ziyan vurmaq faktları üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117 və 187-ci maddəsi ilə aparılır", - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın