21 
Iyl
2021
13:52
521

Kutaisi və Batumi Hava Limanında xarici vətəndaşlar saxlanıldı

Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin İmereti Baş İdarəsinin İstintaq Şöbəsi və Sərhəd İdarəetmə və Koordinasiya şöbəsinin əməkdaşları, Kutaisi Davit Ağmaşenebeli Beynəlxalq Hava Limanında və Batumidə 5 xarici vətəndaşı saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, saxlanılan Türkiyə Cümhuriyyəti vətəndaşları: 1996-cı il təvəllüdlü H.B., 1992-ci il təvəllüdlü B.İ. 2002-ci il təvəllüdlü İ.Ç. və 1985-ci il təvəllüdlü Ç.Ç., Gürcüstanın dövlət sərhədini qanunsuz, qrup şəklində keçməyə cəhddə və saxta sənədlərdən istifadə etməkdə günahlandırılırlar. 1964-cü il təvəllüdlü, Türkiyə Cümhuriyyəti vətəndaşı İ.Ş. isə iki və ya daha çox miqrantı Gürcüstanın dövlət sərhədindən saxta sənədlərlə keçirmədə ittiham olunur.

"İstintaq müəyyənləşdirdi ki, dörd Türkiyə vətəndaşı H.B., B.İ., Ç.Ç. və İ.Ç. Kutaisi Beynəlxalq Hava Limanında pasport nəzarəti zamanı, sərhəd gözətçi-nəzarətçisinə Fransa Respublikası vətəndaşının saxta müvəqqəti oturma iznini təqdim edib. Təqsirləndirilən şəxslər Kutaisi -Milana reysi ilə Milanaya uçmağa hazırlaşıblar. Həmçinin müəyyən edildi ki, Türkiyə Respublikası vətəndaşı İ.Ş. yuxarıda adı çəkilən şəxslərin sərhəddən qanunsuz keçməsini təşkil edib. Polis pasport nəzarəti zamanı təqsirləndirilən şəxslərin təqdim etdiyi saxta sənədləri ələ keçirdi.

Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin 2-ci hissəsinin A yarımbəndi, 362-ci maddəsinin 1-ci hissəsi, 344-cü prima maddəsinin 2-ci hissəsinin B və E yarımbəndləri ilə istintaq aparılır ki, bu saxta sənədlərdən istifadə etmək, Gürcüstanın dövlət sərhədini qanunsuz, qrup şəklində keçməyə cəhd etmək, habelə saxta sənədlərdən istifadə etmək və iki ya daha çox miqrantı Gürcüstanın dövlət sərhədindən keçirməyi nəzərdə tutur.

Cinayət 3 ildən 8 ilə qədər həbs cəzası nəzərdə tutur", - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın